Slimfit
  1. TARİX

Nəsimini sevən qadın necə öldü? - Faciəli tale

Nəsimini sevən qadın necə öldü? - Faciəli tale
Sakura

Nəsimini sevən qadın necə öldü? - Faciəli tale

Azərbaycan kinematoqrafiyasının sevilən ekran əsərlərindən olan “Nəsimi” filminin ən yaddaqalan qəhrəmanlarından biri də Şəms rolunu canlandıran Almaz Əsgərovadır.

Kult.az xatırladır ki, Almaz Əsgərova 1949-cu ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub.

Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurub. Azər Süleymanov Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdanda Almaza aktrisa olmağı məsləhət görüb. Bundan sonra Almaz xanım kinostudiyada Adil İsgəndərovun kursuna daxil olub.

Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradıb: “Qanun naminə”də Salamatovun xanımı, “Mən ki gözəl deyildim”də Elmira, “Ulduzlar sönmür”də Fatimə. Daha sonra “Bir cənub şəhərində”, “Ürək... Ürək...”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi” filmlərinə çəkilib.

Ustadı Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayırdı. Lakin sənətkarın ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa “Tacikfilm”in Firdovsinin “Şahnamə”si əsasında çəkdiyi “Rüstəm və Söhrab” filmində baş rolu oynayır.

Nəhayət, Almaz kinoda ən yaddaqalan və son obrazına – “Nəsimi” filmindəki Şəmsə həyat verir. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.

Almazın bacısı Səmayə xatırlayır ki, Azərlə Almaz bir-birilərini çox böyük məhəbbətlə sevirdilər. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asardı. Hər yerdə həmişə birlikdə olublar, bütün çəkilişlərə bir yerdə gediblər.

Lakin yalnız bir dəfə - 1983-cü ildə Azər Almazsız Moskvaya gedir və oradan onun ölüm xəbəri gəlir. Bu itki Almaz xanımı sarsıdır. O, dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır. Hətta film çəkilişinə və tamaşalara dəvət alsa da, qəti şəkildə rədd edir. Məhz özünə qapanması onun vəziyyətini ağırlaşdırır və bir gün Almaz xanım ağır xəstəliyə tutulduğunu öyrənir.

Beləcə, Azərbaycan tamaşaçısının yaddaşına Şəms kimi həkk olunan Almaz Əsgərova 1988-ci ilin avqustunda uzun sürən xəstəlikdən vəfat edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR