Slimfit
  1. AZƏRBAYCAN

Nəsimi Ağayevin irqçiliyə qarşı məqaləsi ABŞ mətbuatında

Nəsimi Ağayevin irqçiliyə qarşı məqaləsi ABŞ mətbuatında
Sakura

Nəsimi Ağayevin irqçiliyə qarşı məqaləsi ABŞ mətbuatında

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin irqçiliyə, ksenofobiyaya və dini-etnik dözümsüzlüyə qarşı yazdığı məqalə noyabrın 7-də ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində dərc edilib.

Kult.az xəbər verir ki, mMəqalədə baş konsul bu yaxınlarda ABŞ-ın Pittsburq şəhərində yerləşən sinaqoqda törədilmiş qətliama toxunaraq, bu kimi cinayətlərin kökündə irqçilik, dini-etnik nifrət və dözümsüzlüyün dayandığını, belə mənfi meyllərin bütün insanlıq üçün təhlükəli olduğunu qeyd edir. N.Ağayev bu faciədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq, bütün Amerika xalqına və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini bildirir.

Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu qeyd edən baş konsul qədim dövrlərdən etibarən ölkəmizdə müsəlmanlar, xristiyanlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu vurğulayır.

Dünyanın müxtəlif bölgələrində öz dini-etnik kimliklərinə görə müsəlman və xristiyanların qətlə yetirildiklərini qeyd edən N.Ağayev Azərbaycanın da irqçiliyin acı nəticələrindən əziyyət çəkmiş ölkə olduğunu, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında, xüsusilə Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiklərini diqqətə çatdırır. Baş konsul həmçinin ərazilərimizin işğalçı qüvvələrə qarşı müdafiəsində bir çox müsəlman və yəhudi azərbaycanlıların çiyin-çiyinə döyüşərək həlak oduqlarını qeyd edir.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR