Slimfit
  1. AZƏRBAYCAN

Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir

Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir
Sakura

Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir

Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda təmir-bərpa işləri rayonun 2 yaşayış sahəsinin yollarında, 7 küçədə və bu küçələrə birləşən ara yollarda aparılır. Təmir-bərpa işləri ümumi uzunluğu 12 km olan küçə və yolların 50 min kv.m-ə yaxın sahəsini əhatə edir.

Bu, “Böyük Şor” və “Daş karxanası” yaşayış sahələrinin 4.5 km uzunluğa malik yolları, həmçinin 2.5 km uzunluğunda olan Arif Hacıyev, Aşıq Qərib, Xan Şuşinski, Faiq Yusifov küçələri, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsi, bundan başqa ümumi uzunluğu 5 km olan Molla Cümə küçəsi və bu küçəyə birləşən ara yollardır.

Artıq uzunluğu 480 metr olan Aşıq Qərib və 225 metr uzunluğa malik Xan Şuşinski küçələrində təmir işləri bitib.

Küçə və yollar boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Nərimanov rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR