Slimfit
  1. ƏDƏBİYYAT

Nəriman Nərimanov - Şeytan bazarda

Nəriman Nərimanov - Şeytan bazarda
Sakura

Nəriman Nərimanov - Şeytan bazarda

Bilmәyirәm, qeyri müsәlman mәmlәkәtlәrindә varmı-yoxmu, fәqәt Qafqazda müsәlman şәhәrlәrinin hamısında "Şeytan bazarı" namında bir uram vә ya bir mәhәllә olmağını bilirәm. Tәәccüb burasıdır ki, Tiflis müsәlman şәhәri olmaya-olmaya müsәlmanlar olan mәhәllәdә dә Şeytan bazarı mәlum mәşhur bir bazardır. Qeyri yerlәrdә bu bazarlara nә üçün Şeytan bazarı deyirlәr isә bilmәyirәm, fәqәt Tiflisdә Şeytan bazarının tarixi vardır. Qәdimdәn hәmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürәrdilәr, harada? Şeytan bazarında. Cib kәsәrdilәr, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirә göndәrilәn, sonra qaçıb gәlәn adamı harada tapardılar? Şeytan bazarında. Biçarә kәndçilәri (...) soyardılar, harada? Şeytan bazarında. Böylә bir tarixi olan bazara Şeytan bazarı demәyib nә deyәcәksiniz?
 
Qәdimdә, yadıma gәlir, bu bazarda bir adәt dә var idi: qәribә, adәtdәn dişqarı bir paltarda adam görsәydilәr, Şeytan bazarının cavanları ona sataşardılar. Mәsәlәn: allah elәmәsin bir adam kürkünü tәrsinә geyinә idi o saat görәrdin bazardan keçәndә hay-huy sәsi bazarı götürәrdi. Hay-huy sәsi cәhәnnәm! Nә olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstәrmәsin, qarpız qabığından. Bir dә gördün hәr tәrәfdәn qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsә, genә xoşbәxtlikdir, fәqәt yaxşı nişana vuranların әllәrindәn (çıxan) qarpız qabığı vız etmәyib lap peysәrә yapışıb qalır. Bu yamandır!
 
Bir gün bir kәndçi şәhәrә odun satmağa gәlib Şeytan bazarından keçirdi. Ağlına nә gәlibsә papağını tәrsinә geyinmişdi. Bazar lotularından bunu görәn oldu. Hay-huydan sonra qarpız qabıqları töküldü. Hamı da papağının başını nişana qoyurdu. Nә isә bu biçarә gah başını aşağı әyirdi, gah otururdu, gah qalxırdı, hәr növlә özünü müdafiә etmәk istәyirdi. Fәqәt hәrdәnbir dә gülürdü, bilirdi ki, bununla zarafat edirlәr. Bazar adamı da gülürdü. Bu hay-huyda Dәrdmәndin başına bir ağac endi. Papağı olmağına görә başı yaralanmadısa da, gözlәri bir neçә dәqiqә qaralıb az qaldı yıxılsın. Yanında olan adamlar bunu tutub oturtdular. Ayılandan sonra Dәrdmәnd qabağında bir zorba kişini hirslәnmiş gördü. Sinni keçmiş, ucaboy, saqqalı qırxıq, başında böyük silindr bir kişi idi. Bunun Ortaçala deyilәn yerdә fabrikası var idi, hәmişә öz faytonu ilә gedib gәlirdi. Bu gün dә fabrikadan qayıdarkәn şullay papaq kәndçiyә göndәrilәn qarpız qabıqlarının biri dә ittifaqәn bunun şәfәqli silindrinә dәyir. Qabıq gәlәn tәrәfә dәrhal baxar, görәr ki, Dәrdmәnd buna baxıb gülür. Fikir edir ki, yәqin qabığı atan bu imiş, tәlәsik hirslәnmiş faytondan düşüb Dәrdmәndin tәpәsindәn bir ağac çırpar.
 
Dәrdmәnd özünә gәlәndәn sonra qorodovoy çağırır. Xalq kәndçini buraxıb bunun sәsinә yığılırlar. Silindrli qorodovoya vurmağının sәbәbini söylәyir. Ancaq Dәrdmәndin yanında olanlar şәhadәtlik verirlәr ki, Dәrdmәnd hәqiqәt müqәssir deyil. Doğrudur, qeyri qabıq atırdı, fәqәt Dәrdmәnd durub tamaşa edirdi vә gülürdü. Doğrudan da Dәrdmәnd nәinki bu sәfәr, hәtta qeyri vaxta da böylә şeylәr ömründә etmәzdi. Nә isә şahidlәr bazarın mötәbәr adamları olmağa görә qorodovoy da inandı. Silindrli ağadan adresini alıb Dәrdmәndә verdi ki, şikayәt etsin. Silindrli ağa kartoçkasını çıxarıb qorodovoya verdi vә sonra genә hirsli vә artıq dәrәcәdә tәkәbbür ilә faytonuna minib getdi....
 
Dәrdmәnd sabahı gün işә başlamaq üçün mәhәllә vәkilinә bu әhvalatı söylәdi. Vәkil dedi, bu işin qalası var. Bir әrizә dә yazıb verdi. Ertәsi gün Dәrdmәnd әrizәni lazım olan yerә verdi vә gözlәyirdi işin aqibәtini.
 
Silindrli ağa bu işdәn xәbәr tutub öz vәklinә müraciәt etdi. Vәkili "bu yaxşı deyil" deyib cavab verdi....
 
Bir gün Dәrdmәnd dükanında oturarkәn bir adam girdi vә bunu soruşdu. Dәrdmәnd, mәnәm deyib cavab verdi. Bu adam ortaboy, arıq, hiylәgöz, saqqalı qırxıq, yәni taclanmış, şübhәli bir sәsdә cavan oğlan idi. Bu adam Dәrdmәnddәn tәvәqqe etdi ki, yarım saat vaxtını alsın. Dәrdmәnd dükanının dalındakı balaca otağa gedib bu adamı dәvәt etdi. İş böylә mәlum oldu ki, bu adam vәkil imiş, silindrli ağanın yanından gәlibmiş. Cәnab vәkil şirin dililә başlayıb dedi: cәnab Dәrdmәnd, mәn filankәsin tәrәfindәn gәlmişәm. Doğrusu, böyük bir xatadır edibdir, fәqәt siz gәrәk razı olmayasınız, öylә bir mütәşәxxis zәngin adam suda düşsün.
 
Nә etmәk, cәnab vәkil? deyib Dәrdmәnd vәkilin gözlәrinә baxıb söz gәzәn kimi bir az müqәddimәdәn sonra başladı: mәn mәslәhәt görürәm barışasınız, insan sәhvdәn kәnar deyil. Hamının başına gәlәn işdir. Onun qazamata düşmәyi ilә sizin yaranız sağalmayacaqdır. Fәqәt onun üçün iki yüz-üç yüz manat vermәk heç bir şey deyil. Siz dә fәqir adamsınız.... "Bu sözlәri vәkil deyib fikrә getdi".
 
Dәrdmәnd dedi: xeyr, cәnab vәkil, bu işi böylә buraxmaq olmaz. Mәnim tәqsirim olmaya-olmaya başıma nә üçün ağac dәysin?
 
"Cәnab Dәrdmәnd, siz yaxşı fikir ediniz, ayağınıza gәlәn bәxtә daş atmayınız. Mәn bir-iki gündәn sonra gәlәcәyәm. Axır cavab verәrsiniz". Bu sözlәri deyib vәkil qızarmış çıxdı.
 
Dәrdmәndi fikir aldı. Bu әhvalatı dost-tanışlarına söylәdi. Hamı bir ağızdan Dәrdmәndә dedi: a kişi, işin-gücün qurtarıbdırmı ki, suda getmәk istәyirsәn. Ağac dәymәyinә dәyibdir, indi onu qalaya tutdurma, lap Sibirә göndәrt, sәnin әlinә nә gәlәcәkdir. 30-40 manat da puldur, asan deyil. Get, pulunu al, qoy başının altına ye ki, yeyәsәn. Dәrdmәnd böylә sözlәrdәn sonra özü dә fikrini dәyişdi....

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR