Slimfit
  1. İQTİSADİYYAT

Nəqliyyat qovşağının yaradılması Azərbaycana vacib tranzit ölkə olmaq imkanı verəcək

Nəqliyyat qovşağının yaradılması Azərbaycana vacib tranzit ölkə olmaq imkanı verəcək
Sakura

Nəqliyyat qovşağının yaradılması Azərbaycana vacib tranzit ölkə olmaq imkanı verəcək

Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsində deyib.

“Biz infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırmışıq və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcəyi şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq”, - deyə ölkə başçısı bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR