Qida əlavəsi kimi istifadə olunan mannoza şəkəri xərçəngin müxtəlif tiplərindən əziyyət çəkən siçanlarda…
Qida əlavəsi kimi istifadə olunan mannoza şəkəri xərçəngin müxtəlif tiplərindən əziyyət çəkən siçanlarda bədxassəli şişlərin artmasını yavaşlada və kimyaterapiyanın effektini gücləndirə bilir.
Publika.az xəbər verir ki, “EurekAlert”-in press-relizə görə, bu qənətə Böyük Britaniyanın Xərçəng Tədqiqatı İnstitutunun alimləri gəliblər.
Məlumata görə, tədqiqatının gedişatında mannoza şəkərini içməli suya əlavə edirdilər və mədəaltı vəzi, dəri və ağciyər xərçəngindən əziyyət çəkən gəmiricilərə verirdilər. Məlum oldu ki, şəkər şişin artmasını tormozlayır və əlavə təsirlərə səbəb olmur. Ümumilikdə, tədqiqatın nəticələri göstərdi ki, şəkər yalnız şişlərin ölçülərini azaltmır, hətta bəzi siçanların ömrünün uzunluğunu artırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət