Slimfit
  1. DÜNYA

Nəhəng şirkət xəstəyə məhkəməni uduzdu - 80 milyon dollar ödəyəcək

Nəhəng şirkət xəstəyə məhkəməni uduzdu - 80 milyon dollar ödəyəcək
Sakura

Nəhəng şirkət xəstəyə məhkəməni uduzdu - 80 milyon dollar ödəyəcək

Almaniyanın dərman və kimya şirkəti "Bayer AG", ABŞ-da "Monsanto Roundup" kənd təsərrüfatı dərmanından xərçəngə tutulduğunu iddia edən bir xəstəyə məhkəməni uduzub. Şirkət 80 milyon dollar cərimə və təzminat ödəməyə məhkum edilib.

"Marja" xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko Federal Məhkəməsinin hakimləri, ABŞ vətəndaşı iddiaçı Edvin Hardemanın, "Bayer"in ötən il satın aldığı "Monsanto"ya qarşı açılmış məhkəmə işində qərar veriblər. Məhkəmə, 70 yaşlı Hardemanın "limfa xərçənginə tutmasında" şirkəti günahkar hesab edib. Eyni zamanda, şirkət, dərmanların xərçəng riskini xəbərdar etməməsinə görə cərimələnib.

Məhkəmə, "Roundup" adlı glifosat ehtiva edən kənd təsərrüfatı dərmanın, iddiaçı Hardemanda xərçəng əmələ gəlməsini şərtləndirən mühüm amil olması" səbəbilə "Bayer"in, Hardemana 5 milyon dollar təzminat və 75 milyon dollar da cərimə ödəməsinə qərar verib. 

"Bayer AG"-dən verilən açıqlamada qərara etiraz ediləcəyi bildirilib.

İddiaçı Edvin Hardemanın yabanı otla mübarizə aparmaq üçün həmin dərmanı 25 il ərzində həyətində işlətdiyi iddia edilir.

Sözügedən məhkəmə, ABŞ-da "Roundup" dərmanına qarşı qaldırılan 11 min 200 iddiadan qərarla yekunlaşan ikinci iddiadır. 

Yenə Kaliforniya ştatında məhkəmə, kənd təsərrüfatı dərmanları istehsal edən "Monsanto" şirkətinin yabanı otları məhv etmək üçün istifadə edilən dərmanlarda glifosat maddəsi səbəbilə qan xərçənginə tutulan 46 yaşlı Dewayne Consona 289 milyon dollar təzminat ödənməsinə qərar vermişdi. "Bayer",  iddianı qəbul etməyərək qərara etiraz etmişdi. Kassasiya mərhələsində olan təzminat qərarı, daha sonra 78 milyon dollara endirilmişdi.

"Bayer AG", keçən il, ABŞ-ın kənd təsərrüfatı şirkəti "Monsanto"nu 63 milyard dollara satın alması ilə gündəmə gəlmişdi. "Monsanto"nun yüksək qiymətə alınmasına görə investorların şirkət üzərindəki təzyiqi artırdı. "Bayer"in səhmləri bu ay 14%-dən çox ucuzlaşıb.

"Bayer AG", ötən ilin sonunda, yenidənqurma çərçivəsində təxminən 12 min adamı işdən çıxaracağını və heyvan səhiyyəsi hissəsini satacağını bildirmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR