Dərc edildi: Baxış sayı: 738
İslandiyada nəhəng mavi balina ovlandı, qalmaqal yarandı
İslandiyada "Kristján Loftsson" balıqçılıq şirkətinin növbəti ovu böyük qalmaqal yaradıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şirkətə məxsus "Hvalur 8" gəmisi mavi balinanı ovlayıb.
İslandiyada son 50 ildə ilk dəfədir ki, mavi balina ovlanır.
33 metr uzunluğundakı nəhəng balığın əti Yaponiyaya göndəriləcək. Yapon mətbəxində balina əti çox böyük delikates sayılır.
Mavi balinalar nəsli tükənməkdə olan canlı sayılır və qorunur. Bu səbəbdən İslandiyada mavi balinanın ovlanması, üstəlik balıqçıların balığın yanında şəstlə duraraq fotolar çəkdirmələri və sosial şəbəkələrdə paylaşması Avropada hiddətlə qarşılanıb.
Avropa Birliyi İslandiyada balina və suiti ovunun dayandırılmasını istəyir.
Mənbə: Milli.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət