Slimfit
  1. İDMAN

"Neftçi"nin yarımmüdafiəçisi: "Ronaldinyo, Neymar və Ronaldo gördüyüm ən yaxşı futbolçulardır"

"Neftçi"nin yarımmüdafiəçisi: "Ronaldinyo, Neymar və Ronaldo gördüyüm ən yaxşı futbolçulardır"
Sakura

"Neftçi"nin yarımmüdafiəçisi: "Ronaldinyo, Neymar və Ronaldo gördüyüm ən yaxşı futbolçulardır"

"Neftçi” klubunun futbolçusu Dario Frederiko "Torcedores.com" saytına müsahibəsində Azərbaycandakı karyerasından danışıb. 

"Report" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ölkəsindən kənarda ən yaxşı keçidinin Azərbaycanda reallaşdırdığını vurğulayıb.

"Mənim ən əlamətdar transferim "Kəpəz" klubuna keçmək olub. Portuqaliyanın "Trofense" komandasında çıxış edərkən pis vəziyyətdə idim. Azərbaycana gələndə mənim üçün fərqli olacağını bilirdim. Bu gün də "Kəpəz" azarkeşlərinin diqqətini hiss edirəm", - braziliyalı oyunçu deyib. 

D.Frederik "Neftçi"nin cari mövsümdəki çıxışından və hədəflərindən də söz açıb: "Təəssüf ki, Avropa Liqasında mübarizəyə davam edə bilmədik. İndi bütün diqqətimiz ölkə çempionatına yönəlib. Bu klubdan razıyam. Çünki mənim yaxşı gəlirim var. "Neftçi" 2012/2013 mövsümündən sonra çempion ola bilməyib. Klub çempionatdakı ən yaxşı oyunçularla və legionerlərlə heyətini gücləndirib. Komandanın əsas məqsədi ölkə çempionu olmaqdır". 

Yarımmüdafiəçi karyerasındakı hədəfinin daha çox tanınmaq olduğunu söyləyib: "Yenidən öz ölkəmdə oynamaq istəyirəm. Ancaq böyük klublardan təklif olsa, bunu reallaşdırardım. Braziliyada mənim oyun üslübumda oynayan komanda "Santos"dur. Orada hər zaman istedadlı oyunçular olub". 

Ölkəsinin heç bir klubundan təklif almadığını bildirən Dario son olaraq oyunlarını bəyəndiyi futbolçuların adlarını da açıqlayıb. Bir çoxlarının oyunlarını bəyənirəm. Ronaldinyo, Neymar və Ronaldo gördüyüm ən yaxşı futbolçulardır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR