Dərc edildi: Baxış sayı: 372
"Neftçi"nin rəqibi millinin sabiq futbolçusunu transfer etdi
"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyə "Qalatasaray"ı heyətinə yeni futbolçu qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" aşağı liqa təmsilçisi "Erzincanspor"dan ayrılan Muhammed Kerem Aktürkoğlunu transfer edib.
22 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Aktürkoğlu Türkiyənin U-19 yığmasında da çıxış edib.
Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" oyunu sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət