Slimfit
  1. İDMAN

"Neftçi"nin "Keşlə"yə vurduğu qol tarixə düşüb

"Neftçi"nin "Keşlə"yə vurduğu qol tarixə düşüb
Sakura

"Neftçi"nin "Keşlə"yə vurduğu qol tarixə düşüb

Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Keşlə”ni 1:0 hesabı ilə məğlub edən “Neftçi” mövsümdə 20-ci qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna Mirabdulla Abbasov imza atıb.

Bu, həm də 1992-ci ildən keçirilən ölkə çempionatlarında tarixi qol olub. Cari mövsümədək 1280 dəfə fərqlənən “ağ-qaralar” “ASK Arena”dakı qolla 1300-ə çatıb. 

Azərbaycan çempionatlarında ən çox top vuran “Neftçi” 1300-cü qoluna 759-cu matçında nail olub. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,71-ə bərabərdir. Komanda bu qollardan 755-ni evdə, 525-ni səfərdə, 20-ni neytral meydanda rəqib qapısından keçirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR