Slimfit
  1. İDMAN

"Neftçi"nin baş məşqçisi: "Məğlubiyyətə layiq idik"

"Neftçi"nin baş məşqçisi: "Məğlubiyyətə layiq idik"
Sakura

"Neftçi"nin baş məşqçisi: "Məğlubiyyətə layiq idik"

"Ən pis oyunumuz idi. Məğlubiyyətə layiq idik. Komandanın özünəinamı yox idi. İstədiyimiz oyunu sərgiləmədik. Komandamız öz səviyyəsindən aşağı çıxış etdi. Çox üzgünük".

"Report" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, komanda şəklində uduzublar və bu, bütün kollektivin məğlubiyyətidir: "Mən futbolçulardan belə oyun gözləmirdim. Sanki arxayınlıq var idi. Dario Frederiko fərdi oyuna meyl etsə də, qol imkanları oldu. Hətta üçüncü qolu da buraxa bilərdik. Çünki müdafiəçilər fərdi səhvlər edirdilər. Oyunçular həftəboyu yaxşı məşq etmişdilər. Hətta ilk qolu da vurdular. Amma bugünkü oyunda əvvəlki matçlardan aşağı səviyyəli çıxış etdik".

İtaliyalı baş məşqçi "Keşlə"nin yaxşı çıxış etdiyini deyərək, Sezar Meza Kollini xüsusi fərqləndirib: "Komandama onu diqqətdə saxlamağı tapşırmışdım".

Bordin gənc referi Vüqar Həsənlinin idarəçiliyinə də toxunub: "Oyunda qərarlar hər iki tərəfə obyektiv olmalıdır. Tural Axundov, Baqali Daboya verilən sarı vərəqələr gec oldu. Hətta mənə də sarı vərəqə göstərdi".

Baş məşqçi bugünkü məğlubiyyətlə özlərini çətinə saldıqlarını da vurğulayıb: "Çalışıb bu məğlubiyyəti həzm etməli və növbəti oyunlara ciddi hazırlaşmalıyıq. Hələ heç nə bitməyib. Rəqiblərimizin də oyunları var. Bugünkü məğlubiyyətə başqa səbəb axtarmıram. Amma hakimlər tərəfindən obyektivlik olmalıdır. Rəqib komanda etiraz bildirəndə sarı vərəqə göstərir, Daboya qarşı kobudluğa görə susursa, mən etiraz edəndə özümə sarı vərəqə göstərirsə, bundan narazı qalmalıyam"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR