Slimfit
  1. İDMAN

"Neftçi"dən ayrılan Rəşad Eyubovun yeni klubu müəyyənləşib

"Neftçi"dən ayrılan Rəşad Eyubovun yeni klubu müəyyənləşib
Sakura

"Neftçi"dən ayrılan Rəşad Eyubovun yeni klubu müəyyənləşib

"Neftçi”dən ayrılan futbolçu Rəşad Eyubovun yeni klubu müəyyənləşib.

Bu barədə “Report”a 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, bildirib ki, karyerasını Premyer Liqanın debütantı “Sabah”da davam etdirəcək: “Neftçi”ni az oyun vaxtı aldığım üçün tərk etdim. Karyeramı “Sabah”da davam etdirəcəyəm. Sabah müqavilə imzalamalıyam. Böyük ehtimalla, sözləşmənin müddəti 1,5 illik olacaq”.

Qeyd edək ki, Rəşad Eyubov "Neftçi”yə mövsümün əvvəlində "Sumqayıt"dan keçib. O, komandanın heyətində 6 oyunda meydana çıxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR