Dərc edildi: Baxış sayı: 587
'Neftçi' və 'Sabah' klubları cərimələndi
AFFA İntizam Komitəsi "Neftçi" və "Sabah" klublarını cəzalandırıb.
"Report"un məlumatına görə, paytaxt təmsilçilərini öz futbolçuları ziyana salıb.
"Neftçi" "Keşlə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçında 5 oyunçusunun sarı vərəqə alması səbəbindən 800 manat cəriməyə məruz qalıb. Eyni məbləğdə cəriməni "Sabah" "Sumqayıt"la qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəməli olacaq.
Qeyd edək ki, "Neftçi" evdə "Keşlə"ni 3:1, "Sabah" isə "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə yenib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət