'Neftçi' və 'Qəbələ' Avropa Liqasında cavab oyunlarına çıxacaq
Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcəklər.
"Report"un məlumatına görə, "qırmızı-qaralar" Gürcüstanda "Dinamo" ilə üz-üzə gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu kollektiv evdəki məğlubiyyətin (0:2) əvəzini Tbilisidə çıxmağa çalışacaq.
Əyalət təmsilçisi Qəbələ şəhər stadionunda 41-ci dəqiqədə Levan Katulya, 87-ci dəqiqədə Arfanq Daffenin qolları ilə uduzub. Ölkə kubokunun sahibi "Dinamo"nu 2:0 hesabı ilə üstələyə bilsə, görüşdə əlavə vaxt oynanılacaq. Qarşılaşma Finlandiyalı hakimlərə tapşırılıb.
Flaqman isə "Bakcell Arena"da Rusiya "Arsenal"ını qəbul edəcək. Tulada rəqibini 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab matçında sərfəli nəticə qazanmağa cəhd göstərəcək. Səfərdə Dario Frederikonun 45-ci dəqiqədə vurduğu qol "Neftçi"yə qələbə qazandırıb. Görüşü Maltadan olan hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ”
Baş hakim: Petri Vilyanen
Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu
Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)
Hakim-inspektor: Yens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava)
Tbilisi. Boris Payçadze adına stadion
İlk oyun – 2:0
21:00. "Neftçi" - "Arsenal" (Rusiya)
Baş hakim: Alan Mario Sant
Baş hakimin köməkçiləri: Ona Edvard Spiteri, Roberto Vella
Dördüncü hakim: Malkolm Spiteri (hamısı Malta)
Hakim-inspektor: Mika Peltola (Finlandiya)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
"Bakcell Arena"
İlk oyun – 1:0
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət