Dərc edildi: Baxış sayı: 511
"Neftçi" hazırlıqlara başladı
"Neftçi" klubu mövsümün ikinci yarısının iki mərhələdən ibarət hazırlığına start verib.
Axar.az xəbər verir ki, məşq baş məşqçi Roberto Bordinin rəhbərliyi altında keçib.
Komandanın məşqində yenicə "Səbail"dən icarədən qayıdan Mirabdulla Abbasov da iştirak edib. Səhər məşqi əsasən fiziki, axşam məşqi isə toplu çalışmalara həsr olunub.
Qeyd edək ki, yanvarın 10-dək gündə iki məşqə çıxacaq “Neftçi” ayın 11-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət