Slimfit
  1. İDMAN

`Neftçi` futbolçuları pul mükafatından imtina ediblər

`Neftçi` futbolçuları pul mükafatından imtina ediblər
Sakura

`Neftçi` futbolçuları “Uypeşt” üzərində 3:1 hesablı qələbəyə görə verilən pul mükafatından imtina ediblər

“Neftçi” klubunun futbolçuları Avropa Liqasının I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Macarıstan “Uypeşt”i üzərində 3:1 hesablı qələbəyə görə verilən pul mükafatından imtina ediblər.

 Bu barədə paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev şəxsi “facebook” səhifəsində yazıb. O, matçdan sonra paltardəyişmə otağında oyunçularla görüş zamanı yaşananları açıqlayıb: “İstənilən cəmiyyətdə əsas dəyişiklik insanların şüurunda olan dəyişikliklərdir. “Qəbələ”dən 8 qol buraxaraq uduzduğumuzu xatırlayıram. Üç gün bazadan getmədim. Həyatım boyu belə xəcalət çəkməmişdim! Dünən "Neftçi" qalib gəldi. Bir qələbə hələ heç nəyi həll etmir. Lakin ən mühüm hadisə baş verdi. Oyundan sonra Müşahidə Şurasının üzvləri və klub rəhbərliyi paltardəyişmə otağına komandanı təbrik etməyə düşdü. Biz elan etdik ki, hamı mükafat alacaq. Bu zaman futbolçular özləri təklif etdilər ki, onlara ödəniş edilməsin! Bildirdilər ki, qarşıda cavab oyunu var. Bax belə! 20 qat Macarıstan çempionu bizi məğlub edə bilər, biz istənilən digər oyunda uduza bilərik. Məğlubiyyətdən Almaniya və ya Braziliya yığmaları da sığortalanmayıb. Amma uşaqlar əsas qələbələrini artıq qazanıblar! Onlar özlərinə hörmət edən peşəkar oldular! Öz meydanlarında keçirdikləri avrokubok matçında məğlub duruma düşsələr də, futbolçular sarsılmadılar, son dəqiqəyə qədər oynadılar və 3 top vurdular! Əsas dəyişiklik insanların şüurundakı dəyişiklikdir! Özü də nəinki futbolda”.

 Qeyd edək ki, “Uypeşt” və “Neftçi” komandaları arasında cavab oyunu iyulun 19-da Macarıstanda keçiriləcək.

Mənbə: Faktxəbər.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR