Slimfit
  1. AZƏRBAYCAN

Neftçalalı pambıqçılar qısa müddətdə 25 tondan çox məhsul təhvil veriblər

Neftçalalı pambıqçılar qısa müddətdə 25 tondan çox məhsul təhvil veriblər
Sakura

Neftçalalı pambıqçılar qısa müddətdə 25 tondan çox məhsul təhvil veriblər

Neftçalada pambıq yığımına start verilib. Pambıqçılar qısa müddətdə 25 tondan çox “ağ qızıl” topalayaraq qəbul məntəqələrinə göndəriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda fəaliyyət göstərən 3 şirkətlə, ümumilikdə, 979 mülkiyyətçi müqavilə bağlayıb. Bağlanmış müqavilələrə əsasən rayonda 7 min hektar sahədə pambıq əkilib. Fermer və torpaq mülkiyyətçiləri nümunəvi becərmə işləri apardıqlarından sahələrdə bol məhsul yetişib.

Təcrübəli pambıqçı Təyyubə İbrahimova 25 hektarda pambıq becərib və bu günlərdə məhsul yığımına başlayıb. “Məhsulumuz boldur. İndi qarşıda duran əsas vəzifə pambığı qısa müddətdə toplayaraq təhvil verməkdir. Bunun üçün bütün qüvvəmizi səfərbər etmişik. Gün ərzində 180-200 kiloqram məhsul yığırıq”, - deyə pambıqçı bildirib.

Sahələrdə bol məhsulun yetişməsi məhsul istehsalçılarını çox sevindirir, çünki pambıq əkən fermerlər bu mövsüm məhsulun hər kiloqramını 60 qəpiyə sata biləcəklər. Eyni zamanda, əlavə olaraq 10 qəpik də subsidiya ödəniləcək.

Yığılmış məhsulu qəbul etmək üçün rayonda 4 pambıq qəbul məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə məhsul qəbulunu fasiləsiz həyata keçirmək üçün bütün zəruri hazırlıq işləri görülüb. Artıq ilk məhsul məntəqələrə daxil olmaqdadır.

Pambıq sahələrinin məhsulunun 50 faizdən çoxunun pambıqyığan kombaynlarla toplanılması nəzərdə tutulub. Bunun üçün 15 pambıqyığan maşın hazır vəziyyətə gətirilərək fermerlərin ixtiyarına verilib.

Qeyd edək ki, neftçalalı fermerlər bu mövsüm pambıq sahələrinin hər hektarından 20-25 sentner məhsul götürməyi qarşıya məqsəd qoyublar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR