Slimfit
  1. AZƏRBAYCAN

Neftçalada tərəvəz sahələrinin hər hektarından orta hesabla 88,8 sentner məhsul götürülür

Neftçalada tərəvəz sahələrinin hər hektarından orta hesabla 88,8 sentner məhsul götürülür
Sakura

Neftçalada tərəvəz sahələrinin hər hektarından orta hesabla 88,8 sentner məhsul götürülür

Cari təsərrüfat ilində neftçalalı fermerlər 8109 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkilmiş sahələrin 700 hektarını pambıq, 121 hektarını kartof, 168 hektarını tərəvəz, 275 hektarını bostan, 489 hektarını yem bitkisi (yonca), 55 hektarını isə dənli bitkilər təşkil edib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, fermerlər indiyədək tərəvəz sahələrinin 152 hektarından 1352 ton məhsul toplayıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 88,8 sentnerə çatır. Bostan sahələrindən 9300 ton qarpız-yemiş, kartof sahələrindən isə 1452 ton məhsul götürülüb.

Rayon üzrə mövcud 188,2 hektar üzüm bağından 266 ton üzüm, 590,5 hektar meyvə bağından isə 801 ton meyvə yığılıb. Bağların hər hektarının məhsuldarlığı 13,9 sentner olub. Rayonda təsərrüfatların ayrı-ayrı sahələrində məhsul yığımı davam edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR