Slimfit
  1. AZƏRBAYCAN

Neftçalada sahələrdən 1500 tondan çox tərəvəz yığılıb

Neftçalada sahələrdən 1500 tondan çox tərəvəz yığılıb
Sakura

Neftçalada sahələrdən 1500 tondan çox tərəvəz yığılıb

Cari təsərrüfat ilində neftçalalı fermerlər 168,2 hektar sahədə tərəvəz becəriblər. Fermerlər indiyədək sahələrdən 1502,2 ton məhsul toplayıblar. Tərəvəz sahələrinin hər hektarının məhsuldarlığı 90,4 sentner olub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, fermerlər əkdikləri 29,2 hektar xiyar sahəsindən 359, 38,5 hektar pomidor sahəsindən 525, 1,3 hektar soğan sahəsindən 9,1, 15,4 hektar badımcan sahəsindən 202, 16,2 hektar bibər sahəsindən 165 və 5,2 hektar digər tərəvəz sahəsindən isə 36,4 ton məhsul istehsal ediblər.

Məhsul istehsalçıları sarımsaq sahələrindən daha çox məhsul götürüblər. Onlar əkdikləri 60,3 sarımsaq sahəsindən 206 ton məhsul götürüblər. Sarımsaq sahələrinin hər hektarının məhsuldarlığı 34,2 sentner olmuşdur ki, bu da ötən ildəkindən xeyli çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR