Neft yenidən ucuzlaşır
Dünya bazarında neftin qiyməti ötən həftəki artımdan sonra bu həftəyə enişlə başlayıb.
Ens.az “Report”-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:20-ə olan məlumata görə, Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 2,88% azalaraq 19,21 ABŞ dolları olub.
Londonun ICE birjasında “Brent markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0,91% azalaraq 26,20 ABŞ dolları təşkil edib.
Neftin qiyməti ABŞ-ın Çin məhsullarına idxal rüsumunun artırılması ilə bağlı xəbərlərdən sonra azalmağa başlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, Çin koronavirusun yayılması barədə məlumatları gizlətməklə səhvə yol verib və rüsumun tətbiqi Çinlə danışıqlarda vacib alətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət