Slimfit
  1. İQTİSADİYYAT

Neft qiymətlərinin Azərbaycana iqtisadi təsirləri ilə bağlı proqnozlar açıqlanıb

Neft qiymətlərinin Azərbaycana iqtisadi təsirləri ilə bağlı proqnozlar açıqlanıb
Sakura

Neft qiymətlərinin Azərbaycana iqtisadi təsirləri ilə bağlı proqnozlar açıqlanıb

Dünya bazarında neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlı proqnozlar açıqlanıb.

Ens.Az Trend-ə istinadən bildirir ki, Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə (neftin qiyməti 35, 40, 45) proqnozlara əsasən 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir. Həmin proqnozlara əsasən baza (40 $) ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3,7 faiz az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2,9 faiz az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır.

2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə ölkədə ÜDM-in həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaqdır. Qeyd edək ki, qeyri-neft ÜDM növbəti ildə 3,5 faiz real artımla 53,6 milyard manat təşkil edəcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR