Dərc edildi: Baxış sayı: 237
Neft qiymətləri qalxıb
Neft qiymətləri ötən gün iyuldan bəri ən aşağı səviyyəyə endikdən sonra cümə axşamı stabilləşib.
"Repor" “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1 barel üçün 74,69 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,52 % çoxdur.
Nyu-York əmtəə birjasında WTI markalı neftin yanvar fyuçersləri 0,55 % bahalaşaraq 1 barel üçün 69,76 ABŞ dolları olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət