Dərc edildi: Baxış sayı: 247
Neft Fondu bu il AÇG-dən 2 mlrd. ABŞ dollarından çox qazanıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 2,106 mlrd. ABŞ dolları daxil olub.
Ens.az “Report”-a istinadən xəbər verir.
Bu məbləğin 120 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.
Qeyd edək ki, AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət