Slimfit
  1. İQTİSADİYYAT

Neft Fondu bu il "AAA" reytinqli investisiya alətlərinə üstünlük verib

Neft Fondu bu il "AAA" reytinqli investisiya alətlərinə üstünlük verib
Sakura

Neft Fondu bu il "AAA" reytinqli investisiya alətlərinə üstünlük verib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında ("Cənub Qaz Dəhlizi", Azərbaycan Beynəlxalq Bankı və SOCAR istiqrazlarını çıxma şərti ilə) bu ilin martın 31-ə birinci yerdə (58% ilə) "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA- Economics"in ARDNF-in 2020-ci ilin 3 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, investisiyaların 19,2%-i A reytinqli, 12%-i AA reytinqli, 9,4%-i "BBB" reytinqli, 1,4%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 37,8%-i 0-1 il, 29%-i 1-3 il, 20,3%-i 3-5 il, 12,9%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Qeyd edək ki, ARDNF-in cəmi investisiya portfeli 41 339,1 mln. manata çatıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR