Slimfit
  1. İQTİSADİYYAT

Neft Emalı Zavodu üçün Bakıya nəhəng avadanlıq gətirilib

Neft Emalı Zavodu üçün Bakıya nəhəng avadanlıq gətirilib
Sakura

Neft Emalı Zavodu üçün Bakıya nəhəng avadanlıq gətirilib

 Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) yenidənqurma və modernizasiya layihəsi çərçivəsində Bakıya nəhəng avadanlıq gətirilib.

“Report” SOCAR-ın “Neftqaztikinti” Trestinə istinadən xəbər verir ki, Trestə məxsus limanda Neft Emalı Zavodu üçün "Linda" gəmisi vasitəsilə Bakıya gətirilmiş uzunluğu 40 metrə yaxın avadanlığın qəbulu və daşıyıcı texnikanın üzərinə qoyulması xidməti həyata keçirilib.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya və yenidənqurma layihəsinə 2015-ci ildən başlanılıb.

NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub:

I mərhələ üzrə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

Son mərhələdə isə 2021-ci ildə “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.

Yeni bitum qurğusunun bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR