Dərc edildi: Baxış sayı: 680
Neft Emalı Zavodu cərimələnə bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalar ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin əməkdaşları tərəfindən yerində monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və araşdırma aparılıb.
"Kommersant.az" Nazirliyə istinadla xəbər verir ki, araşdırma zamanı Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə atılmalar qeydə alınıb.
Götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, sabah nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət