Slimfit
  1. AVTO VƏ MOTO

Neft dövrü bitdi: Duzlu su ilə işləyən avtomobil yaradıldı

Neft dövrü bitdi: Duzlu su ilə işləyən avtomobil yaradıldı
Sakura

Neft dövrü bitdi: Duzlu su ilə işləyən avtomobil yaradıldı

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Avropanın Nano Flowcell kompaniyası dünyada ilk dəfə olaraq yanacaq kimi duzlu sudan istifadə etməklə  elektrik avtomobili düzəldib. 
Hal-hazırda Quante-Sportlimousine avtomobilinə rəsmi olaraq Almaniyanın yollarında hərəkət etməyə icazə verilib, Nano Flowcell kompaniyası isə uyğun icazə alıb və yaratdıqlarını  irimiqyaslı yol sınaqlarında yoxlamağa hazırlaşır.
 
Əldə olunan məlumata görə  Quante-spotlimosune avtomobili  saatda 100 km sürəti 2,8 saniyəyə yığır
 Yanacaqdoldurma məntəqəsində duzlu suyu tökəndən sonra avtomobil 600 km gedə bilər.
“Duzlu su” termini deyəndə o təsəvvür yaranmasın ki, dənizdən, ya okeandan su götürmək olar. Avtomobilin xüsusi reaktorunda elektrolit kimi olan müxtəlif metalların duzundan alınmış  və ayrılıqda yanacaq elementləri  verən iki  məhlul hazırlanır.
 
Yanacaq elementlərinin katalizatorları üzərində mürəkkəb elektromexaniki çevrilmələr baş verir və nəticədə elektrik yaranır.  Bu elektrik həmişə yaranır və saxlanma üçün superkondensatora az miqdarda cərəyan və böyük elektrik həcmi  daxil olur, oradan da enerji dörd elektrik mühərrikini hərəkətə gətirir.
Kompaniyanın nümayəndəsi bildirir ki, “kiçik şirkət olsaq da biz başladığımız işimizi davam etdirəcəyik və bəşəriyyətə töhvəmizi verəcəyik. İndi isə yolun başlanğıcındayıq”.
Avtomobil ekoloji cəhətdən çox təmizdir. Onun üçün qiymətli metal və nadir elementlərə ehtiyac yoxdur.
 
Nano Flowcell kompaniyası bu yanacağı Bosch Engineering kompaniyasının mütəxəssisləri  ilə birgə hazırlayırlar.
 
Ən yaxın gələcəyə Nano Flowcell kompaniyası daha dörd nümunəvi  Quante-Sportlimousine avtomobili sınaq üçün hazırlamağı planlaşdırır. Gözlənilir ki, elektrokimyəvi texnologiya proqramı kommersiya səviyyəsinə kimi işlənəcək.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR