Slimfit
  1. İQTİSADİYYAT

Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb
Sakura

Neft cüzi ucuzlaşıb

Dünya bazarında neftə tələb perspektivlərinin qiymətləndirilməsi fonunda "qara qızıl" cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun füçersləri 0,27 % ucuzlaşaraq 1 bareli 84,54 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,25 % düşüb və 1 bareli 80,7 ABŞ dolları təşkil edib.

Hazırda maliyyə bazarı neft bazarına təsir edir. Yaxın vaxtlarda dünyanın ən böyük tənzimləyicilərinin yeni iclasları keçiriləcək və investorlar pul siyasətinin daha da sərtləşdirilməsi perspektivlərini qiymətləndirəcəklər.

Bu arada, Amerika Neft İnstitutunun (API) hesablamalarına görə, aprelin 14-nə qədər olan həftə ərzində ölkədə neftin kommersiya ehtiyatları 2,7 milyon barel azalıb. ABŞ-ın Energetika Nazirliyi rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər isə ehtiyatların 1,1 milyon barel azalacağını güman edirlər. 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR