Dərc edildi: Baxış sayı: 461
Neft cüzi ucuzlaşıb
Birjalardakı risksiz əhval-ruhiyyə və ABŞ-da monetar siyasətin sərtləşdirilməsinin davam etməsi gözləntisi fonunda neft cüzi ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 0,58 % ucuzlaşaraq 1 bareli 81,12 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,79 % düşüb və 1 bareli 75,12 ABŞ dolları təşkil edib.
Bu gün ABŞ-da əmək bazarı ilə bağlı statistik məlumatlar dərc olunacaq. Analitiklər hesab edirlər ki, fevralda ölkədə işsizlik səviyyəsi dəyişməyib və yanvar ayında olduğu kimi 3,4% səviyyəsində qalıb.
Treyderlər ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) martın sonunda uçot dərəcəsini yenidən artıra biləcəyini güman edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət