Dərc edildi: Baxış sayı: 420
Neft cüzi bahalaşıb
Dünya bazarında neft qiymətləri ABŞ Neft İnstitutunun (API) bu ölkədə həftəlik kommersiya ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması ilə bağlı məlumatları açıqlamasından sonra cüzi artıb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,84 % bahalaşaraq 1 barel üçün 85,62 ABŞ dolları təşkil edib.
WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,88 % artaraq 82,09 ABŞ dolları olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət