Slimfit
  1. İQTİSADİYYAT

Neft Çindən gələn xəbər ilə ucuzlaşır

Neft Çindən gələn xəbər ilə ucuzlaşır
Sakura

Neft Çindən gələn xəbər ilə ucuzlaşır

Çin hökuməti, 30 ildir ilk dəfə ölkənin 2020-ci ilə dair ümumi daxili məhsul (ÜDM) hədəfini açıqlamayıb.

Ens.az Marja-ya istinadən xəbər verir ki, bu vəziyyət, iqtisadiyyata dair qeyri-müəyyənliklərə bağlı olaraq ölkənin neft tələbində əhəmiyyətli azalma olacağı qayğılarını artırıb. Neft qiymətləri 5%-dən çox düşüb.

Çin hökuməti Cümə günü, ÜDM hədəflərinin yerinə, iqtisadiyyatı Covid-19 pandemiyasının təsirlərinə qarşı dəstəkləmək üçün bir sıra tədbirlər açıqlayıb. 

Pekin, bəzi yeni təşviq xərcləmələri açıqlamasına baxmayaraq, koronavirus ilə əlaqədar olaraq meydana gələn "böyük qeyri-müəyyənliyə" görə bu il ÜDM hədəfi müəyyən etməyəcəyini bəyan edib.

Çinin "National Petroleum Corp" şirkətinin araşdırmasına görə, Asiyanın ən böyük iqtisadiyyatı Çində neft məhsullarına tələb bu il  5% azalacaq.

ABŞ ilə Çin arasında gərginliyin yenidən artması da neft qiymətlərinə mənfi təsir edir.

Brent neftinin qiyməti təxminən 5% düşərək 34.17 dollara, Qərbi Texas neftinin qiyməti isə 6.4% düşərək 31.74 dollara qədər geriləyib (Bakı vaxtı ilə saat 11:45-ə olan məlumat).

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR