Neft ABŞ-da hasilatın azalması barədə məlumatlar fonunda bahalaşır
ABŞ Energetika Nazirliyinin ölkədəki ehtiyatlar və hasilatla bağlı məlumatlarının dərc olunmasından sonra dünyada neft qiymətləri durmadan artır.
“Report” “Prime”a istinadən xəbər verir ki, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1,5% artaraq bir barel üçün 66,86 ABŞ dollarına, iyun fyuçersləri 1,51% artaraq 67,46 dollar/barelə çatıb. WTI markalı neftin iyun fyuçerslərinin dəyəri isə 1,72% artaraq bir barel üçün 64,02 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu artımdan bir neçə dəqiqə əvvəl ABŞ Energetika Nazirliyi ölkədə aprelin 23-də bitən həftədə neft hasilatının 0,1 milyon barel azalaraq gündəlik 10,9 milyon barelə düşdüyünü, neft ehtiyatlarının isə gözləniləndən 6 dəfə az – elə 0,1 milyon barel artdığını və 493,1 milyon barelə çatdığını açıqlayıb. Bundan əlavə, distilyat ehtiyatları proqnozun 0,65 milyon azalma olmasına rəğmən, 3,3 milyon azalaraq 139 milyona düşüb.
Eyni zamanda, investorlar dünən baş tutan OPEC+ iclasının nəticələrini “geri qazanmağa” davam edirlər. İclasın yekununda OPEC+ Nazirlər Monitorinq Komitəsi ittifaqa may və iyul ayları üçün hasilatın məhdudlaşdırılması ilə bağlı razılaşmasının mövcud şərtlərini saxlamağı tövsiyə edib. Bu, tələbat bərpa olunduqca ixtisarların həcmində tədricən azalma olacağını nəzərdə tutur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət