Dərc edildi: Baxış sayı: 748
Nədim - Məsti-nazım, kim böyütdü böylə bipərva səni
Məsti-nazım, kim böyütdü böylə bipərva səni
Kim yetişdirdi bu günə sərvdən bala səni?
Buyidən xoş, rəngdən pakizədir nazik tənin,
Bəslemiş qoynunda guya kim güli-rəna səni.
Güllü ziba geydin amma qorxuram azar edər,
Nazəninin sayei-kari-gülü ziba səni.
Bir əlində gül, bir əldə cam gəldin, saqiya!
Hankisin alam-gülü, yaxud ki, camı, ya səni?
Sandım olmuş çesdə bir fəwareyi abi-həyat,
Boylə göstərdi mənə ol qəddi-müstəsna səni.
Saf ikən ayineyi əndamindən sinəm, diriğ!
Alamam bir kərrəcik ağuşa sər-taba seni.
Mən dedikcə “Boylə kim qıldı Nədimi natevan?”
Göstərir ənguşt ilə məclisdəki mina səni...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət