Dərc edildi: Baxış sayı: 769
Nədim - Mən kimsəyə açılmaz idim damənin olsam
Mən kimsəyə açılmaz idim damənin olsam,
Kim görürdü sinəni pirahənin olsam?
Daim arayan olsa, cavanım, səni məndə:
Bir qönçə gül olsan da sənin gülşənin olsam.
Döyülməyə, söyülməyə, qovulmağa, billah,
Həp razıyam, amma ki, əfəndim, sənin olsam.
Şəm olmaz isəm bəzminə bu suz ilə ban
Dərgahına bir məşəleyi-rövşənin olsam.
Çeşmanının öyrənsəm o kafırcə nigahın
Bir ləhzə Nədimi nigahi-pürfənin olsam.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət