Dərc edildi: Baxış sayı: 771
Nəbi Miskin - Addım-addım
Mən ilqar eylədim yara-Gülşana,
Lalələr seyrinə var addım-addım.
Könül sakin oldu gül çöhrəsində,
Bir yetim dəstini dər, addım-addım.
Hər nə desən sözlərinə qayiləm,
İşar etsən dost bağında sayıllam.
Nə müddətdi camalına mayılam,
Saxla qədəmini, dur, addım-addım.
Göstərdi camalın, niqabın açdı,
Ağıl heyran olub, xəyalım çaşdı.
Yüz min işveyi-nazınan keçdi,
Sallandı qarşımdan, yar addım-addım.
Şair Nəbi bu kəlamın nə qəsdən,
Sən dedin sinəmin üstündə bəstən.
Keçirdin baharı, gəldi zimistan,
Bürüyüb dağları qar addım-addım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət