Slimfit
  1. ELM

Neandertalların geni depressiya və siqaret çəkməyə meylliliyi artırır

Neandertalların geni depressiya və siqaret çəkməyə meylliliyi artırır
Sakura

Bu nəticəyə qədim insanların DNT-nin müasir homo sapienslərə təsirinin özəlliklərini araşdıran alman…

Leyşiqdə Maks Plank təkamül antropoloji cəmiyyəti İnstitutundan olan alimlər müəyyən ediblər ki, neandertalların DNT-si müasir insanların davranışı və vərdişlərinə təsir göstərir. Bu araşdırma American Journal of Human Genetics nəşrində dərc olunub.

Xəbər verilir ki, neandertalların DNT-si müasir avropalı və asiyalıların beş faizində aşkar oluna bilər. Homo Sapiens genomuna qədim insanların DNT-si 50 min əvvəl baş verməsi ehtimal olunan keçid zamanı düşüb.

Araşdırmada qeyd olunur ki, qədim insanların genləri “yatmır”, əksinə müasir insanların müəyyən mənada xarici görünüşü və davranışını müəyyən edir.

Neandertalların DNT-si qismən dərinin və saçların rənginə təsir göstərir. Bundan başqa qədim insanların genləri izolyasiya və ruh düşkünlüyü hissinə, həmçinin qəribə olsa da nikotinə və siqaret çəkməyə vərdişin yaranmasına cavabdeh ola bilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR