Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Nə üçün çox xurma yemək olmaz? Bilmədiyiniz təhlükə

Nə üçün çox xurma yemək olmaz? Bilmədiyiniz təhlükə
Sakura

Nə üçün çox xurma yemək olmaz? Bilmədiyiniz təhlükə

Xurma ən faydalı meyvələrdən biri sayılır. Xurma ürəyin sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, orqanizmi lazım olan vitamin və minerallarla təmin edir.

Lakin bütün bu faydalı xüsusiyyətlə yanaşı xurmanın çoxlu miqdarda istehlakı bəzən çox ağır fəsadlara səbəb ola bilər.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, xurma güclü büzücü təsirə malik olan tanin maddəsi ilə zəngindir. Tanin mədə və bağırsaqlarda qidalı liflərlə birləşəndə bərk kütlə əmələ gəlir. Əgər birdən birə çoxlu miqdarda xurma yeyən insanın mədə-bağırsaq sisteminin  motorikası zəifdirsə, mədə şirəsinin turşuluğu aşağıdırsa, həzm sistemi xəstəliyi varsa, belə kütlə mədə və ya bağırsaqda “ilişə” bilər, bağırsaq keçməməzliyi yarana bilər. Tibdə buna “fitobezoar” deyilir. Bu kifayət qədər təhlükəli vəziyətdir  ki, onu əksər hallarda cərrahi yolu ilə müalicə edirlər - bağırsaq kəsilir və bezoar oradan çıxarılır.

Bu səbəbdən mütəxəssislər xurmanı yeməkdən dərhal sonra deyil, yeməklər arası yeməyi, gün ərzində 1-2 xurmadan artıq yeməməyi tövsiyə edirlər. Həmçinin xurmadan sonra süd, qatıq, yoqurt və s. zülallarla zəngin olan məhsulları yemək olmaz ki, bu halda bezoarın əmələ gəlməsi riski artır.   
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR