Dərc edildi: Baxış sayı: 376
Nazirliyin 25 müəssisəsi birləşdirildi, yeni qurum yaradıldı
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında qərara dəyişikliklər edilib.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin 25 kənd təsərrüfatı istehsalat müəssisəsi birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Bundan əlavə, “Ağdam atçılıq təsərrüfatı” sözləri “Qarabağ atçılıq zavodu” sözləri ilə əvəz edilib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət