Slimfit
  1. AZƏRBAYCAN

Nazirliyin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub

Nazirliyin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub
Sakura

Nazirliyin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub

u ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, bu müraciətlərin 4800-ə yaxını canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 79 minə yaxın müraciət daxil olub.

Qeyd edək ki, Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR