Dərc edildi: Baxış sayı: 525
Nazirlikdən XƏBƏRDARLIQ: Direktor müəllimi spirt almağa məcbur edə bilməz!
"Bütün məktəblər sabahkı dərs gününə hazırdır. Hər bir məktəb dezinfeksiya olunub".
Ens.az xəbər verir ki, bu fikirləri Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisi müəllimlərin məcburi qaydada spirt məhsullarını almasına da aydınlıq gətirib:
“Yayılan iddialar əsassızdır. Dövlət xətti ilə bütün məktəblərə tibbi məhlullar paylanılıb. Əgər hansısa müəllim çantasında spirt gətirərsə, buna bir söz deyə bilmərik. Ancaq müəllimlərin məcburi qaydada spirt alması xəbərləri doğru deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət