Slimfit
  1. İDMAN

Nazirlikdən Şəhriyarın şikayətinə reaksiya: 200 min manat ayrılıb

Nazirlikdən Şəhriyarın şikayətinə reaksiya: 200 min manat ayrılıb
Sakura

Nazirlikdən Şəhriyarın şikayətinə reaksiya: 200 min manat ayrılıb

Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazmış şahmatçımızdır. Qürur hissi duyuruq ki, dünyanın üç ən yaxşı şahmatçısı arasında Şəhriyarın da adı yer alır.

Bunu Oxu.Az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

O, tanınmış şahmatçının öz pulu hesabına yarışlara qatılması fikirlərinə də aydınlıq gətirməyə çalışıb:

“Şəhriyar indi yarışdadır. Onu anlayırıq. Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hisslər oyadıb və bu hisslər də Şəhriyarı o fikirləri yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir. 

Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib. 

Heç bir şahmatçı getdiyi beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tərəfindən hərtərəfli təmin edilir və ediləcək də. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir. Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək. 

Unutmaq lazım deyil ki, cənab prezidentin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün cənab prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur duyuruq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR