Slimfit
  1. CƏMİYYƏT

Nazirlikdən internetin zəifləməsi ilə bağlı açıqlama

Nazirlikdən internetin zəifləməsi ilə bağlı  açıqlama
Sakura

Nazirlikdən internetin zəifləməsi ilə bağlı açıqlama

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mart ayının 20-dən etibarən  xüsusi iş rejimində çalışır.

Bu barədə Unikal.org-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.

 

Nazirlik rəsmisi bildirib ki, əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib:

"Hal-hazırda nazirliyin nəzarətində olan digər sahələrlə yanaşı, rabitə xidmətləri, o cümlədən vətəndaşlarımızın telefon, internetlə fasiləsiz təmin olunması ciddi nəzarətdə saxlanılır. Bununla bağlı vətəndaşlara müraciətimizdə daim bildiririk. İstər paytaxt Bakı, istəsrsə də bölgələrdən telefon, internetlə bağlı əgər müvafiq qurumlara müraciət ediblərsə və şikayətləri baxılmayıbsa, o zaman müraciətlərini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaynar xətti 1655-ə, eyni zamanda nazirliyin rəsmi facebook səhifəsi və saytı vasitəsilə çatdıra bilərlər. Hazırda nəinki ölkəmizdə, eləcə də dünyada Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə xüsusi tədbirlər görülür. Və nəzərə alsaq ki, insanlar xüsusən evdədirlər və daha çox istifadə edirlər internetdən, bəzən yüklənmələr normal haldır. İstənilən halda bir daha səbrli olmağı və dövlətimizin hazırkı dövrdə Azərbaycan vətəndaşının bu pandemiya durumundan müdafiəsi üçün atdığı addımlara dəstək verməsini istəyirik. Vətəndaşların nəzərinə çatdırmaq istəyirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün aparatın işçiləri daxil bütün müvafiq qurumlarımız səfərbərdirlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR