Slimfit
  1. CƏMİYYƏT

Nazirlikdən iki vəzifəlinin işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Nazirlikdən iki vəzifəlinin işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Sakura

Nazirlikdən iki vəzifəlinin işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mədəniyyət Nazirliyi iki əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hər iki əməkdaşın işdən çıxarılması bir müddət əvvəl baş verib:

“Nazirliyin İncəsənət şöbəsinin Musiqi sektorunun aparıcı məsləhətçisi Rəsulova Aysel Məhərrəm qızı 2020-ci il mart ayında öz ərizəsi əsasında vəzifəsindən azad edilib.

Eyni zamanda, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi-inspektoru Şahbazbəyova Zemfira Nadir qızı da 2019-cu ildə öz ərizəsi ilə vəzifəsindən azad edilib. Yəni adıçəkilən şəxslər nazirlikdəki son dəyişikliklərdən əvvəl işdən çıxıblar”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mayın 12-də mədəni-tarixi irs hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma aparıb.

Aparılan araşdırmalarla Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bəzi mətbu orqanlarda hər iki şəxsin Prezidentin nazirliyə son təyinatından sonra vəzifələrindən azad edilməsi ilə bağlı məlumat yayılıb. 

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR