Slimfit
  1. AZƏRBAYCAN

Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı -Rəsmi açıqlama

Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı -Rəsmi açıqlama
Sakura

Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı -Rəsmi açıqlama

Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində təkmilləşmə və şəffaflığın artırılmasına, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsinə xidmət edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənədə əsasən, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci il yanvarın 1-dək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılacaq.

Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq. 

Altsistem yaradıldıqdan sonra altı ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatlar xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil ediləcək.

Həmçinin, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin məlumatların altsistemə daxil edilməsi təmin olunacaq.

Beləliklə, nazirliyin tibbi-sosial ekspertiza xidməti hərbi səbəblərlə əlaqədar əlilliyi qiymətləndirilən şəxslə bağlı bütün tibbi, xəstəlik məlumatlarına altsistem vasitəsilə birbaşa çıxış əldə edəcək.

Nəticədə, müharibə səbəbi ilə əlilliyin qiymətləndiriməsi daha obyektiv aparılacaq və şəffaflıq təmin olunacaq. Vətəndaşların müxtəlif instansiyalara, o cümlədən, müvafiq hüquqların və imtiyazların əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sənədi kağız daşıyıcıda aparmasına zərurət qalmayacaq.   

Bu, eyni zamanda, hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin müxtəlif imtiyazlardan faydalanmaq hüquqlarına baxılmasında da zəruri məlumatlara əlçatanlığı artıracaq. Eyni zamanda, sənədlərin kağız daşıyıcıda olması səbəbindən ehtimal olunan qanun pozuntusu riskləri də tam aradan qalxmış olacaq.

Yeni altsistem bu sahədə analitik təhlillərin aparılması və proqramların hazırlanmasında istifadə oluna biləcək müfəssəl məlumat mənbəyi rolunu oynayacaq.

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR