Slimfit
  1. CƏMİYYƏT

Nazirlikdən acı etiraf: Nəticə vermir...

Nazirlikdən acı etiraf: Nəticə vermir...
Sakura

Nazirlikdən acı etiraf: Nəticə vermir...

Gizli deyil ki, balıqçılıq sahəsində müəyyən çatışmazlıqlar var. Brakonyerlər tərəfindən hələ də qəddarcasına balıq ovlanması halları müşahidə olunur, körpə nərə balıqları tutulur, nəsli kəsilmək təhlükəsi olan balıqların yox olmasına şərait yaranır.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, aparılan mübarizə tədbirləri, inzibati-hüquqi cəza vasitələri də bəzən istənilən nəticəni vermir: "Çünki araşdırmalar göstərir ki, brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir. Ona görə də ictimaiyyətin dəstəyinə, qınağına ehtiyac var. Hamılıqla belə düşüncəsiz addım atan, faunamıza düşmən münasibəti bəsləyən, balıqları kortəbii ovlayanların qarşısını almalıyıq.

Brakonyerlərə səslənirik ki, balıqların kökünü kəsməyə yönələn qəddar əməllərə son qoysunlar. Bu gün hamımızın üzərinə düşən odur ki, balıq ehtiyatlarının qorunmasında yaxından iştirak edək, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlanmasına qarşı çıxaq və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verək".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR