Dərc edildi: Baxış sayı: 525
Nazirlikdə inzibati xətalarla bağlı 469 işə baxılıb
Bu ilin I yarısında Energetika Nazirliyində inzibati xətalarla bağlı 469 işə baxılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bunlardan 435-i təbii qaz, 34-ü isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 121 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.
Nazirlik tərəfindən Beyləqan, Şəmkir, Gədəbəy, Quba, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 128 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 19 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 167 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.
Altı ay ərzində Mingəçevir, İmişli, Şabran, Lənkəran, Qəbələ, Ağdaş, Ucar, Qazax və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 17 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 12 iş üzrə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 3 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.
Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət