Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik restoranlarla bağlı məhkəməyə müraciət edir - Siyahı

Nazirlik restoranlarla bağlı məhkəməyə müraciət edir - Siyahı
Sakura

Nazirlik restoranlarla bağlı məhkəməyə müraciət edir - Siyahı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan iaşə obyektlərinin sahiblərinə havaya atdıqları tüstü və qoxuya görə verilən vaxtdan artıq beş ay keçib.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, bu proses may ayından başlayıb və bugünədək Bakı şəhərinin inzibati ərazisində və Abşeron rayonunda yerləşən 301 ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərdə nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb və atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarının yol verilən qatılıq həddindən dəfələrlə artıq olduğu müəyyən edilib:

“Bu da havanın lokal xarakterli çirklənməsinə və əhalinin haqlı narazılığına səbəb olur. Bununla bağlı nazirlik tərəfindən obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılması məqsədilə müddətli “məcburi göstəriş”lər verilib”.

Direktor bildirib ki, xeyli vaxt keçməsinə baxmayaraq, bu günə yalnız 53 ictimai iaşə obyektində müasir qaz-toztutucu qurğular quraşdırılıb, 180 obyektdə quraşdırma işləri aparılır.

“Ötən beş ay ərzində hər bir obyekt sahibi təmizləyici qurğu quraşdıra bilərdi. Lakin artıq bu müddət bitdiyi üçün 58 obyekt barəsində qanunamüvafiq tədbirlər görülüb, akt və protokol tərtib olunub, cərimə tətbiq edilib. Doqquz obyektin fəaliyyətinin dayandırılması üçün isə məhkəmə orqanları qarşısında vəsatət qaldırılması məqsədilə sənədləşmə işləri aparılır”, - R.Bağırov vurğulayıb.

O, fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilən iaşə obyektlərinin adlarını da açıqlayıb:

“Bunlar Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonunda “Tərlan”, “Wite Palace”, Nizami rayonunda “Milord”, “Xəmsə”, “Dan ulduzu”,  Xətai rayonunda “Neapol”, Suraxanı rayonunda “Turan”, Sabunçu rayonunda “Arzu” ictimai iaşə obyektləridir”.

Qeyd edək ki, noyabr ayının 1-dən etibarən respublikanın digər rayonlarında da monitorinq və araşdırmalara başlanılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR