Dərc edildi: Baxış sayı: 372
Nazirlik rəsmisi fərdi qoruyucu vasitələrlə təminatdan danışdı
“Fərdi qoruyucu vasitələrin istifadəsinə dair qaydalar fərqlidir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, tibb işçiləri fərdi qoruyucu vasitələrlə tam təmin olunur:
“Bu istiqamətdə heç bir problem yoxdur. O ki qaldı qoruyucu vasitələrin düzgün istifadə qaydalarına, bu barədə TƏBİB tərəfindən metodiki göstəriş hazırlanıb.
Fərdi qoruyucu vasitələrin istifadəsinə dair qaydalar fərqlidir. Orada istifadə edilən qoruyucu vasitələrin hansı müddətdən bir dəyişdirilməsi barədə ətraflı məlumatlar əks olunub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət