Slimfit
  1. CƏMİYYƏT

Nazirlik rəsmisi birdəfəlik ödəmə almadıqlarını iddia edənlərin yalanlarını ifşa etdi

Nazirlik rəsmisi birdəfəlik ödəmə almadıqlarını iddia edənlərin yalanlarını ifşa etdi
Sakura

Nazirlik rəsmisi birdəfəlik ödəmə almadıqlarını iddia edənlərin yalanlarını ifşa etdi

“Xarici ölkələrdə yaşayan və ölkəmizlə bağlı virtual məkanda qarayaxma, böhtan kampaniyası aparmağı həyat tərzinə çevirmiş bir neçə şəxs bu dəfə də birdəfəlik ödəmə proqramına ləkə yaxmaq üçün öz səhifələrində əsassız status paylaşıblar”. 

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

O, bildirib ki, Mirzəli Xəzər Kamil oğlunun adının birdəfəlik ödəmə alanların siyahısında olmasına baxmayaraq, ona ödəmə təyin olunması barədə SMS gəlmədiyini və vəsaiti almadığını aşağı, öz etik səviyyəsinə uyğun tərzdə ifadə edib:

 

“Yalançı məlumatı paylaşan şəxsin bacısı oğlu dediyi Mirzəli Xəzər Kamil oğlu aprelin 13-ü saat 15:37-də onlayn müraciət edib. Müraciət edərkən anası - Mirzəliyeva Gülnarın adına olan telefon nömrəsini (055 321 41 ..) qeyd etdiyindən birdəfəlik ödəmə təyin olunarkən də həmin nömrəyə bu barədə SMS göndərilib. 

Adıçəkilən şəxs aprelin 26-da Göyçay Mərkəzi Poçtdan şəxsiyyət vəsiqəsini təqdim edərək vəsaiti götürüb. Ona birdəfəlik ödəmə təyin olunmasından təəccüblənən Emil Amiraslanov adlı birisi isə əslində 2017-ci ilin aprel ayında Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət edərək, işaxtaran, daha sonra işsiz kimi qeydiyyata alınıb.

Birdəfəlik ödəmə təyin olunarkən isə aprelin 1-dək işsiz kimi qeydiyyata alınmış şəxslərə onlar müraciət etmədən ödəmə təyinatı aparılıb. Elə Elvin Quliyev də “həmkarı” Emil Amiraslanov kimi, 190 manat ödəmə yazılmasından yersizcəsinə təəccüblənir, halbuki həmin şəxs də 2015-ci ildə Sumqayt şəhər Məşğulluq Mərkəzinə müraciət edərək işaxtaran, daha sonra işsiz kimi qeydiyyata alınıb. 2016-cı il fevralın 1-dən 6 ay müddətinə 460 manat işsizlik müavinəti alıb. Aydın görünür ki, bu şəxslərin əsassız fikirləri yalan və böhtan üçün bəhanə axtarmaqdan başqa bir şey deyil”. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR